Türkiyə İş Bankı qurulduğu dövr ilə bağlı reklam filmi hazırlayıb. Reklam çarxında Mustafa Kamal Atatürk də yad edilir. Belə ki, Cümhuriyyətin ilk illərində Anadoluda yer alan bank inşaatını reklam filminin mövzusu edib.
Facemark.az Türkiyə mətbuatına istinadə edərək xəbər verir ki, Bankın adına vurğu edərək, ölkənin qurulduğu ilk illərdə çətinliklər, xalqın çalışmaz əzmi, gələcəyinə olan inanc göstərilir. 93 illik bankın qurulma planları hazırlanan dövrdə, Türkiyə Cümhuriyyəti müharibələrdən yeni çıxmış, iqtisadiyyatı və sosial vəziyyəti zəif olan dövlət idi.
O, dövrdə Mustafa Kamal Atatürk dövrün nazirlərindən olan Cəlal Bayar ilə əlaqəyə keçir və ona öz qaynaqlarını yaradabiləcək milli qurumun faydalılığından bəhs edib. Sənayeləşmə hərəkatına dəstək olmaq üçün ona milli bankın qurulması üçün təlimat vermişdi. Reklam filmi bu dövrü əks etdirir və qurulacaq şöbənin inşaatını mövzu olaraq seçib.
Medina Turgul DDB tərəfindən hazırlanan reklam filminin rejissoru “kreslosu”na isə Selim Demirdelen əyləşib. Reklamda oynayan iki inşaat ustasını isə Tuna Orhan ilə Eser Eyüpoğlu canlandırıb. Dövrün memarlıq üslubuna uğun çəkiliş ərazisi və dizaynın hazırlanması 1 həftədən qısa müddətdə reallaşıb. Çəkilişlər isə 2 gündə başa çatıb.
Dünyanın marka gücü yüksək olan 10 bankı arasında
Brand Finance Banking 500 2019 hesabatına görə, dünyanın marka gücü yüksək olan 10 markası arasında yer alan Türkiye İş Bankı, Mustafa Kamal Atatürkü də yad edir. Atatürk bankın bugünkü səviyyəyə çatmasına fayda verən ilk şəxslərdən biri olub. Belə ki, o Cümhuriyyətin ilk illərində yuxarıda da qeyd etdiyimiz kimi bankın qurulması üçün təlimat, eləcə də 250 min lirə pul verib. Reklam filmi televiziya, sinema, dijital platformalarda yayımlanıb.