“Fenerbahçe” futbol klubunun prezidenti Ali Y. Koç klubun “Maccabi Tel Aviv”lə oynadığı maçdan öncə mətbuat nümayəndələri ilə görüşüb. Prezident jurnalistlərə “Fener Ol” kampaniyasının detallarını açıqlayıb. Koç KİV nümayəndələri ilə görüşdə bunları deyib:


- “Fener Ol”un hekayəsi tamamilə ruha, mənəviyyata, yenidən quruluşa dayanır. 2015-ci il aprelin 4-də “Fenerbahçe”nin 40 nəfər canını daşıyan avtobusumuz Rizaspordan dönüş yolunda güllələndi. Bu xain hücum təkcə 112 illik tariximizin deyil, eyni zamanda Türk idmanının ən qara günlərindən biridir. Bu qaranlıq hadisənin unudulmaması və aydınlıq gətirilməsi üçün aprelin 4-də “Fenerbahçe” qaraya bürünmüşdü.


- Bugünkü zirvəyə bu gündən sabaha əldə etməmişik. Yaxşı bilirik ki, bu problemin həllinə bugündən sabaha nail olmayacağıq. Kampaniya da bu gündən sabaha hazırlanmış kampaniya da deyildi. Hər bir addımı düşünülmüşdü, planlı, sistemli idi.


- İdman klublarında sağlam maliyyə strukturunun olması, idman uğurunu, idman uğuru da sağlam maliyyə strukturunu gətirir. Seçim kampaniyası zamanı da bunu çox dedim. Baxın, bizim eləmək istədiyimiz də tam olaraq budur.


“Türk futbolunda dəniz bitdi”


- Komandaya rəhbərlik etdikdən sonra, sərmayə artımı, sponsorluq və xətriəziz haba nail olduq. Ümumulikdə 140 milyon dollar əldə etdik, təcili ehtiyacımızı qarşıladıq. Əlimizi daşın altına qoyduq və insanların qarşısına ürək rahatlığı ilə çıxdıq. Çünki bilirik ki, istəmək verməkdən çox çətindir. Ona görə, öncə biz əlimizi daşın altına qoyduq və üzərimizə düşəni etdik.


- Bu uzunmüddətli dövrdə davamlı idman uğurunu gətirəcək sağlam bir maliyyə strukturunun yaradılmasının ilk adddımı idi. Dörd ayaqlı planın ilk addımında maliyyə baxımından klubu rahatladan nağd axınını təmin etdik. İkinci addımda isə “Fener Ol” kampaniyası ilə azarkeşlərimizin dəstəyini arxamıza almaq hədəfi ilə yola çıxdıq. Orta və uzunmüddətli planlarımız arasında ən azı 2, mümkünsə 3 dəfə “Çempionlar Liqasına” getməkdir.


Uzunmüddətli dövrdə isə klub mədəniyyəti və scoutinq investiisyaları ilə, həm idman, həm də iqtisadi baxımdan klubumuza fayda verəcək futbolçular yetişdirmək və transfer etməyi düşünürük.


“Fenerbahçe”yə tərif edə bilməyəcəyimiz sevgi ilə bağlıyıq”


Daha əvvəl oxşar kampaniyalar digər fərqli klublar tərəfindən həyata keçirilib. Amma inanıram ki, bizi onlardan fərqləndirən nəticələr olacaq. Əgər biz daha əvvəl olan kampaniyaların nəticəsinə baxsa idik, yola çıxmağa cəsarətimiz belə olmazdı. Ancaq əminəm ki, bizim kampaniyamız bir addım daha irəli gedəcək. Dünyada idman klubunun həyata keçirdiyi ən uğurlu nümunə olacaq.


Ulu Öndərimiz, “Fenerbahçe”ye 500 lirə bağışlamışdı


- Sadəcə yaxın tarixdə deyil, keçmişdə də “Fanerbahçe”ni xüsusi edən anlar olub. 1932-ci il iyunun 6-da Fenerbahçenin Kuşdilindəki taxtadan olan ərazisi yanır. “Fenerbahçemiz” üçün yardım kampaniyası başlanılır. Qəzetlər hər gün kluba yardım edən şəxslərin adlarını elan edir. 1932-ci il, iyunun 20-ə qədər 790 lirə xeyriyyə toplanır. İyunun 21-də “Cümhuriyyət Qəzet”inin manşetində “Qazi Həzrətləri Fenerbahçeye 500 lirə təbərrü etdilər xəbəri yer alır. Bununla toplanan miqdar 1290 lirə olur. Ulu Öndərimiz Mustafa Kamal Atatürk və digər “Fenebahçe” sevdalılarının dəstəyi və həsasslığı ilə “Fenerbahçemiz”ə sahibləndik və çətin günləri arxada qoyduq. Həmin günlər artıq tarixə keçdi.


Qeyd etmək yerinə düşər ki, “Fener Ol” kampaniyası sosial mediada böyük əks-səda doğurub.


Mənbə: Marketinq Türkiye