Üçillik artımdan sonra, telekanalların reklam gəlirləri 2019-cu ilin birinci rübündə enməyə başlayıb. Reklamverənlər TV-də reklam büdcələrini aşağı salıblar.
Facemark.az-ın məlumatına görə, RBK reklam bazarındakı mənbəyə istinadən yazır ki, lakin ekspertlər neqativ dinamikanı proqnoz edirdilər.
Telekanallardan birinin TOP-menecerinin sözlərinə görə, 2019-cu ilin yanvar-mart aylarında reklam gəlirləri ötən ilin anoloji dövrü ilə müqayisədə 10% azalıb. İkinci bir mənbə isə daha optimist qiymət verib. Onun sözlərinə görə isə, enmə 2018-ci ilin anoloji dövrü ilə müqayisədə təxminən 5% olub.
Rusiyanın Kommunikasiya Agentliklərinin Assosiasiyasının (AKAR) məlumatına görə, 2018-ci ilin yanvar-mart aylarında TV-lərin reklamdan gəlirləri 13%, 44,3-44,8 milyard rubla qədər artıb. Beləliklə, mənbələrin sözlərinə əsasən, belə qaənətə gəlmək olar ki, telereklam büdcələri ola bilsin ki, 40-42,6 milyard rubla qədər azala bilər.
Axırıncı dəfə birinci rübdə telekanalların reklam gəlirləri 4 il bundan öncə azalmışdı. 2014-cü ildə rublun kəskin devalvasiyasından sonra, reklam gəlirləri 22% enmişdi, 2015-ci ilin birinci rübündə 30,1- 30,6 milyard rubla çatmışdı. Bütünlükdə 2015-ci ildə isə vəziyyət daha yaxşı olub. Enmə 14%-ə, 136,7 milyard rubla qədər idi. 2016-2018-ci illərdə isə reklamverənlərin reklam xərcləri artmağa başlayıb. 2017-ci ilin sonuncu rübündə isə internetə ayrılan reklam büdcəsi TV-ni ötüb. İnternet marketinq büdcəsini texnologiya, format, auditoriya, ölçəbilmək, kampaniyanın effektivliyi ilə mobilizə edə bilib.
2018-ci ildə AKAR-ın təşkil etdiyi konfransda NSK – marketinq araşdırmalarının analtik mərkəzinin direktoru Sergey Veselov deyirdi ki, axırıncı rübdə ayrı-ayrı seqmentlər üzrə dinamika sıfır, hətta neqativ olub.
O, çıxışı zamanı əlavə etmişdi ki, böyük markalar artıq doyma mərhələsindədirlər və əvvəlki tempdə dijitala sərmayə qoymaqda iqtisadi məna görmürlər.
2019-cu ildə reklam bazarının inkişafı ilə bağlı “Publicis Media”nın proqnozu isə belə olub: “2018-ci ilin 4-cü rübündə əvəlki 3 rüb ilə müqayisədə TV reklam gəlirlərində enmə müşahidə olunmağa başladı. Və göstəricilər ilin əvvəlində elan edilmiş 10%-lik dinamikaya nail ola bilmədi. Agentlik buna səbəb kimi reklamverənlərin 2018-ci ilin 4-cü rübündə satış planlarının riskin altında olması ilə izah edib”.
İndi yayımçılar reklamverənlərin ilin ikinci yarısından aktiv olacağına ümid edirlər: “Bütün federal kanallarda reklamı yerləşdirən Milli Reklam Alyanası (NRA) hesab edir ki, ilin ikinci yarısında olacaq canlanma, ilin əvvəlində olan durğunluğu kompensasiya edəcək. NRA-ya yaxın mənbə qeyd edir ki, indi satıcının məqsədi bütün il boyu sıfır dinamikaya nail olmaqdır”.
