“Honda” 2021-ci ildə Türkiyədə istehsalını dayandırmaq haqqında rəsmi qərarını elan edib. Detallar xəbərimizdə....
Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, Türkiyədə 22 ildir avtomobil istehsal edən “Honda” fəaliyyətini bu ölkədə dayandırmaq qərarını rəsmi olaraq açıqlayıb. Şirkət 2021-ci ildə mövcud “Civic Sedan” modelinin istehsalını bitirəcək. Bundan sonra, ölkədəki avtomobil istehsalı ilə bağlı əməliyyatlarını dayandıracaq.
Kompaniyanın açıqlamasında görə, “Honda” mühərrik idxalı və paylanması ilə bağlı əməliyyatlarına fasiləsiz davam edəcək. Bildirilir ki, motosiklet əməliyyatları bu qərardan təsir görməyəcək.
“Honda”nın Türkiyə üzrə prezidenti Takuya Tsumura mövzu ilə bağlı açıqlamasında deyib ki, “Biz sürətlə dəyişən bazar dinamikası və texnoloji dəyişikliklərə öncüllük etməyin fərqindəyik. Bu vəziyyət, Türkiyədəki avtomobil istehsalı əməliyyatlarımıza da təsir edir”.
Prezident əlavə edib ki, qərarın təsir etdiyi işçilərə məşğulluq yardımı da daxil olmaqla, hər cür dəstək göstəriləcək.
Qeyd etmək yerinə düşər ki, şirkət adıçəkilən ölkədə 1100 nəfəri məşğulluqla təmin edib.
