facemark.az reklam, satış, motivasiya ilə bağlı TOP 10 kitab haqqında yazıb. Həmin kitabları təqdim edirik. Yazının sonunda siz bu kitabları haradan almalı olduğunuzu da biləcəksiniz. Xoş mütaliələr!
1. Reklam sahəsinin ən öndə gələn simalarından biri, ingilis reklamçı Con Heqarti unudulmaz işlər yaratmaq və böyük fikirlərin pərdə arxası haqqında bu kitabda danışır. Bir fikri böyük edən nədir? Yaxşı təqdimatın xüsusiyyətləri nə hesab olunur? Yeni texnologiyaların reklam üzərindəki təsiri necə olacaq? Bu və s. suallara bu kitabda cavab tapa bilərsiz. Eyni zamanda kitab bununla yanaşı əyləncəli bir avtobioqrafiya təsiri də bağışlayır.
"Bu bugünə kimi yaşadığım təcrübələr, düşüncələr və nümunələrlə işlənmiş həyat hekayəmdir." - Con Heqarti
Qiymət: 14 AZN
2. Barri Şvartz kitabında bu nəticəyə gəlir: Seçimləri azaltmaq stressi, yorğunluğu böyük ölçüdə azalda bilər. "Bolluk paradoksu" daha vacib seçimlərə diqqət yetirib, sonda öz seçiminizdən zövq almağınız üçün sizə bir sıra pratik həll yolları tövsiyə edəcək.
Qiymət: 10 AZN
3. Bu, reklam və ya media tədqiqatları kitabı hesab olunmur. Təxminən 30 il reklam və media sahəsində araşdırmalar aparmış Hayri Cem bir tədqiqatçıda olmalı olan xüsusiyyətləri ən yaxşı bilən şəxslərdən biridir. Universitetdə dərs deyən Hayri Cem tələbələrini media və reklam sahəsində lazım olan biliklərə yiyələndirmək üçün bu kitabı qələmə alıb.
Qiymət: 12 AZN
4. Dijitoloji onlayn alış-veriş haqqında mövzudan bəhs edir. Müəlliflər Emre Açıkel və Mehmet Çelikol bu kitabları ilə internetdəki alış-verişin ən vacib və əhəmiyyətli xüsusiyyətlərini oxuculara çatdırıblar. Bu mövzuda olan digər kitablardan fərqli olaraq "Dijitoloji" bu sahə üzrə ən təcrübəli, ən savadlı və tanınmış şəxslərin tövsiyələrinə də yer verilib.
Qiymət: 10 AZN
5. Hər bir insanın həyatında müəyyən sıxıntılar, problemlər və s. olur. Belə olan hallarda qarşınızdakı insan tərəfindən yanlış anlaşılmaq sizin üçün çox böyük problem yarada bilər. Belə bir halla rastlaşmamaq üçün Salim Kadibeşegilin "Kriz geliyorum der" kitabına müraciət edə bilərsiz.
Qiymət: 6 AZN
6. Bu kitab sizin satış dünyası ilə iş və şəxsi həyatınıza dair fikirlərinizi kökündən dəyişdirə bilər. Kitabda yaxşı bir satıcı olmaq üçün saysız-hesabsız tövsiyələr, məsləhətlər mövcuddur. Amma bütün bu tövsiyələrə baxmayaraq siz içinizdəki uğur qazanmağınıza mane olan şeyləri alt-üst etməlisiz.
Qiymət: 7 AZN
7. Kitabda əsasən söhbət orta və aşağı təbəqələrin, nisbətən kiçik şəhərlərin müasir dünyamızdakı rolundan gedir. Artıq əksər ölkələrdə "Orta təbəqə" adlanan insan toplusu yaranır. Müəllif Riçard Florida da kitabında məhz bu məsələlərə toxunub.
Qiymət: 15 AZN
8. Müəllif Hakan Okay həyatını nələr isə satıb qazanmaq üstündə quranlar üçün, gələcəkdə satış üzrə ən yaxşılardan biri olmaq istəyənlər üçün çox mükəmməl bir kitab hazırlayıb.
Qiymət: 8 AZN
9. Kitab Co adında uğur qazanmaq üçün çırpınan bir şəxsin həyatından bəhs edir. Bəzən ona elə gəlir ki, nə qədər çox çalışsa da uğur ondan bir o qədər uzaqlaşır. Uğurun 5 qaydasından danışılan kitab müəlliflər Bob Burg və Con Deyvid Mannın ən yaxşı kitablarından biri hesab olunur.
Qiymət: 10 AZN
10. "Bütün satış üzrə fəaliyyət göstərən işçilər bu kitabı oxumalıdılar." - Renzo Rosso
"Markalarımızı davamlı olaraq yeni və yaradıcı fikirlərlə qidalandırırıq." - Mattias Behrer. Müxtəlif şirkət və marka rəhbərlərinin verdiyi tövsiyələrlə zəngin olan kitabda çoxları axtardığı cavabları tapa biləcək.
Qiymət: 12 AZN
“Oxumağa Nə Var” layihəsi üçün bu kitablar Türkiyədən Azərbaycana gətirilib. Kitabı oxumaq istəyənlər “Oxumağa Nə Var”ın “Facebook” səhifəsi üzərindən əlaqə qura bilərlər.
Əlaqə:
(+994 51) 295 46 77
Əhməd Rəcəbli 156
oxumaganevar









