TBWA\İstanbul və Turkcell “Doğmalarını İtirən Ailələr Dərnəyi” (YAKAD) üçün “Ulaşılamayanlar” adlı kampaniya hazırlayıb. Ölkəmizdə (Müəllif Türkiyəni nəzərdə tutur-red.) hər gün fərqli səbəblərdən ötrü bir çox insan itkin düşür.


Yaşlılar, əlillər, uşaqlar, çeşidli xəstəlikləri olan insanlar vəfat edən insanların çoxluğunu təşkil edir. “Turkecell” Korporativ Məsuliyyəti Çərçivəsində (KSM) “Doğmalarını İtirən Ailələr Dərnəyi ilə əməkdaşlıq edib.


Facemark.az-ın məlumatına görə, TBWA\İstanbul ilə birgə hazırlanan layihənin adı “Ulaşılamayanlar” adlandırılıb. KSM layihəsi yalnız bir gün, 30 Apreldə baş tutub.


“Turkcell”dən “Turkcell”ə zənglər zamanı “Zəng etdiyiniz şəxsə hazırda zəng çatmır” mesajından sonra, YAKAD-ın prezidenti Zafer Özbilicin tərəfindən səsli mesaj gəlir. Klassik səsdən sonra, Zafer Özbilic deyir: “Siz zəng etdiyiniz şəxsə bir sonrakı zəngdə çata bilərsiniz. Amma mən vəfat edən qardaşım Abdülhamid Özbiliciyə illərdir çata bilmirəm. Onu və bütün itirdiklərimizi tapa bilmək, cəmiyyət olaraq bunun qarşısını almaq üçün ulasilamayanlar.com-u lütfən ziyarət edin”, - mesajı gəlir.


Adıçəkilən saytda bir çox insanın adı, yaşları, fotoları yer alır. Bundan başqa, bir insanın itkin düşdüyü vəziyyətdə doğmalarını ilk edə biləcəyi fəaliyyət siyahıya alınır.


TBWA\İstanbul və YAKAD ötən ay isə “İtən Üzlər” adlı layihəyə başlayıb. Onlar itən uşaqların tapılması üçün “Facebook”dakı üz dəyişdirmə filtrlərindən istifadə edib və itən uşaqların üzlərini cızmışdı.


Videoya keçid üçün link


Agentlik: TBWA\İstanbul
Müştəri: Turkcell