Nigeriyalı milyarder Aliko Danqote bir dəfə öz hesabından pullarının böyük hissəni necə çəkməsindən danışıb. O deyib ki, öz-özünə sübut etmək istəyirdi ki, o varlıdır.


Facemark.az-ın məlumatına görə, bu haqda “The Independent” nəşri yazıb.


Danqotenin sözlərinə görə, onun ümumi sərvətinin həcmi 12-13 milyard dollar ötən zaman, o düşünürdü ki, bu yalnız kağız üzərində yazılan saydır. Belə düşüncədə olan afrikalı banka gedir və sərvətinin böyük hissəni hesabından çıxarır.


“Mən pulları avtomobilin baqajına qoydum. Evə qayıtdım. Pulların olduğu bağlamanı açdım. 10 milyon dollara baxdım və öz-özümə dedim: “Yaxşı, indi mən pullarımın olduğuna inanıram”, - deyə Danqote deyib.


O, əlavə edib ki, növbəti gün bankdan çıxardığı bütün pulları təkrar hesabına yatırıb.


2017-ci ildə Danqote demişdi ki, o arzu edir ki, London “Arsenal” futbol klununu alsın və baş məşqçi Arsen Venqeri işdən çıxarsın. O, heç də klubun digər səhmdarları ilə razılaşmamaq ehtimalını düşünmürdü. Bunlar Sten Kronke (klubun 67%-ni idarə edir) və digər Rusiyalı aksioner Alişer Usmanov (30%). Baxmayaraq ki, danışıqlar uğursuz oldu, amma o öz niyyətindən əl çəkmədi.


Qeyd etmək yerinə düşər ki, Danqote Afrikanın ən varlı insanıdır. 2019-cu ilin mart ayının vəziyyətinə görə, onun ümumi sərvətinin həcmi 10,6 milyard dollar olub. O, “Dangote Group” şirkətinin rəhbəridir və bu şirkət Nigeriyada xalq istehlak mallarının böyük hissənini istehsal edir.