“Sabancı Holding”in 2019-cu ilin birinci rübündə xalis gəliri 1,06 milyard TL olub.
Facemark.az-ın məlumatına görə, ötən ilin anoloji dövründə isə bu rəqəm 1,07 milyard TL idi.
KAP-da (İctimaiyyəti Məlumatlandırma Platforması) yer alan maliyyə nəticələrinə görə, şirkətin satış gəliri 4,3 milyard TL olub, bu isə ötən ilin eyni dövründə 3,4 milyard lirə idi.
2019-cu ilin birinci rübü ilə bağlı maliyyə nəticələrini elan edən Türkiyənin ən böyük holdinqlərindən biri də “Koç Holding” idi. Holdinqin birinci rüb ilə bağlı mənfəəti 31,7% azalma ilə 779 milyon TL-yə çatıb. Holdinqdən dünən axşam KAP-a edilən açıqlamaya görə, ilk rübdə ümumi gəlir keçən ilə görə 39% artımla 34,26 milyard TL olub.

