Amerikanın prezidenti Donald Tramp Ay və Marsın öyrənilməsi üçün NASA-ya əlavə 1,6 milyard dollar pul ayırmağa qərara gəlib.


Facemark.az-ın məlumatına görə, bu haqda o, özünün “Twitter” hesabı üzərindən yazıb.


“Biz NASA-nın mükəmməlliyini bərpa edirik və biz Aya geri qayıdırıq”, - deyə prezident yazıb.


Onun sözlərinə görə, amerikalı kosmonavtlar Aydan sonra, Marsa yola düşəcəklər.


Tramp vurğulayıb ki, ABŞ NASA-nın büdcəsinin artımı hesabına, daha böyük kosmosa qayıdacaq.


Daha əvvəl isə bildirilirdi ki, Tramp 2024-cü ilə qədər Aya yola düşməyi tələb edib.