Jurnalist və televiziya aparıcısı Kseniya Sobçak “Qazprom-media”ya daxil olan, “Super” telekanalının baş prodüser vəzifəsinə gətirilib.


Facemark.az-ın məlumatına görə, media holdinqin mətbuat xidmətindən deyiblər ki, K.Sobçak digər prodüserləri ilə birlikdə telekanalın proqram axının tam təmin edilməsinə məsul olacaqlar.


Onun səlahiyyətləri sırasına, həmçinin “Super” telekanalının bir neçə layihəsinin inkişaf etdirilməsi də daxildir. Amma gələcəkdə jurnalist əyləncə seqmenti proqramlarında iştirak edəcək.


Hazırda telekanalın proqram axının tam təmin edilməsi ilə baş prodüserlər Eduard İloyan, Vitaliy Şlyappo, Aleksey Troçyuk, Denis Jalinskiy məşğul olur.


Qeyd etmək yerinə düşər ki, “Super” federal kanalı 2018-ci ilin yanvarında efirə çıxıb. Həmin ilin sentyabrında “Super” “Rostelekom” operator şəbəkəsinə daxil olmağı bacarır. Kanalı Rusiyanın 7,2 mindən çox yaşayış məkanlarında izləmək əlçatandır.


“Super” kanalını buraxmaq üçün “Qazprom-media” prodüser studiyası Yellow, Black and White (YBW) ilə əməkdaşlıq etməyə başlamışdı. Studiya efir kontentinin hazırlanması ilə məşğul olurdu. Daha əvvəl studiya “CTCMedia” ilə əməkdaşlıq edirdi.


Telekanalın hazırki planlarına görə, 2020-ci ilə qədər 20 premyer layihə ərsəyə gətirilməsi nəzərdə tutulub. Onlardan bir neçəsi artıq işıq üzü görüb. Məsələn, komediya serialı “IP Piroqova”, “Kroçe”, şou “Proqnozik poqpdki”, həmçinin #Yajemat realti şousu.


Xatırladaq ki, teleaparıcı, eyni zamanda aktirsa olan Kseniya Şobçak 1981-ci ilin noyabrın 5-də anadan olub. 38 yaşlı xanım Sankt-Peterburq meri Anatoli Şobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub