“Mastercard”, bütün media xidmətləri göstərən “Carat” media agentliyi ilə birlikdə yeni reklam kampaniyasına başlayıb.


Facemark.az xəbər verir ki, layihənin əsas məqsədi pul köçürmə xidmətinin inkişafını təmin etməkdir.


Belə ki, “Mastecard”ın kartı ilə pul köçürülmələri daha sürətli və rahatdır, deyə reklam kampaniyasında deyilir. Mini serial 5 reklam çarxından ibarətdir. Motivində isə CTC telekanalında və onlaynda izlənilən məşhur “İvanov-İvanov” televiziya layihəsi dayanır. Onlayn pul köçürülmələrinin rahatlılığı oyun süjetləri ilə izah olunur.


Məsələn, məişət hadisələri ilə. Bu situasiya isə hər kəsə tanışdır. Belə ki, bir klik ilə istənilən məsələ öz həllini tapır. Kartdan kartda sürətli bir şəkildə pul köçürülməsi həyata keçirilir.


Çəkilişlərə filmin akyorları cəlb edilib. (Sergey Burunov, Aleksandra Florinskaya, Mixail Truxin, Anna Ukolova, Aleksey Lukin və s.) Çəkilişlər çərçivəsində isə orijinal dekorasiyadan istifadə olunub. Reklam kampaniyası bütün media kanallarında - sayt, sosial şəbəkə, partnyor platformalar və interaktiv videonun CTC kanalında yerləşdirilməsi nəzərdə tutulub.


Brend ilə markanın əməkdaşlığından başqa, CTC telekanalının saytında müsabiqə yerləşdiriləcək. Belə ki, qalib “İvanov-İvanov” serialının 4 -cü mövsümünün çəkilişlərini qonaq kimi ziyarət edəcək, aktyorlar ilə təmasda olacaq.