“Yandex” kompaniyası yeni idarəedici direktor vəzifəsinə namizədinin adını açıqlayıb.


Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu vəzifəni daha əvvəl “Yandex”in taksi seqmentinin inkişafına məsul olan erməni Tiqran Xudaverdyan başçılıq edəcək.


Tiqran Xudaverdyanı “Yandex Taxi”nin başçısı olaraq Daniil Şuleyko əvəz edəcək. O, kompaniyada 2015-ci ildən işləyir və əməliyyatlar üzrə direktoru vəzifəsində çalışıb. Arkadiy Voloj isə baş direktor vəzifəsində “Yandex” şirkətlər qrupunu idarə etməyə davam edəcək.


“O, daha çox şirkətin cari məsələləri ilə məşğul olacaq, nəticədə mən böyük strateji məsələlərə fokuslana biləcəyəm”, - deyə baş direktor deyib.


Xatırlatmaq yerinə düşər ki, Tiqran Xudaverdyan “Yandex”ə 2006-ci ilin aprelində gəlib. O, şirkətdə fəaliyyəti dövründə “Yandex.Brauzer”, “Yandex.Naviqator” və s. daxil olmaq bir sıra xidməti uğurla idarə edib. 2018-ci ildə isə o, “Yandex.Taxi”də baş direktor vəzifəsini tutub. 2018-ci ildə “Yandex” və “Uber” onlayn taksi sifarişlər üzrə öz bizneslərini Rusiyada və qonşu ölkələrdə birləşdirəndə, Tiqran yeni kompaniyaya başçılıq etməyə başlayıb.