“Huawei”in rəhbəri Ren Zhengfei Çinin “Apple” ilə bağlı cavab ölçülərinə qarşı çıxış edib.
Facemark.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
“Əgər proses belə davam edəcəksə, o zaman mən birinci etiraz edəcəyəm”, - deyə rəhbər bildirib.
Onun sözlərinə görə, “Apple” “Huawei”in müəllimidir. O, həmçinin əlavə edib ki, Amerika şirkəti olmadan, mobil internet olmazdı.
Daha əvvəl isə KİV yazırdı ki, ABŞ-ın “Huawei” ilə bağlı hərəkətləri ilk növbədə “Apple”ı “vuracaq”.
Qeyd etmək yerinə düşər ki, ABŞ prezidenti Donald Tramp mayın 15-də fərman imzalayıb. Fərmana görə, ölkəsinin milli təhlükəsizliyinin naminə, Amerika ərazisində telekommunikasiya avadanlıqlarından istifadəyə dair tam qadağa qoyub. Sənəd Çin istehsalçılarına yönləndirilib, ilk növbədə isə “Huawei” şirkətinə qarşı. Ondan texnologiyaların oğurluğunda və casusluqda şübhələnirlər. ABŞ Ticarət Nazirliyi artıq Çinin adıçəkilən telekommunikasiya şirkətini “qara siyahı”ya əlavə edib.
Çin markası ilə bağlı daha əvvəl hazırladığımız video çarxa isə buradan baxa bilərsiniz.