Amerikanın məşhur qanqsteri və kriminal avtoriteti Frenk Lukas 88 yaşında ölüb.


Facemark.az-ın məlumatına görə, bu haqda “Deadline” nəşri yazıb.


Nəşr yazır ki, o Vyetnam müharibəsi vaxtı Amerika BBC təyyarələrinin köməyi ilə əraziyə heroin daşıyan təşkilatçılardan biri idi. Qanqster 1976-cı ildə həbs edilib və 70 il həbs cəzası verilib. Amma daha sonra şərti azadlığa çıxarılıb.


1984-cü ildə yenidən həbs olunan qanqster 7 il həbs cəzası alır. Bu isə narkotik vasitələrinin dəyişməsi cəhdi ilə bağlı idi. Frenk Lukas 1991-ci ildə yenidən azadlığına qovuşur.


Qeyd etmək yerinə düşər ki, Lukas haqqında hətta 2007-ci ildə filmdə çəkilib – “Qanqster”. Filmin ssenarisi onun hekayələri üzərində qurulmuşdu. Amma filmdə əsas rolu məşhur aktyor Denzel Vaşinqton oynayıb.