Rusiya sakinləri özlərinin sevimli cizgi filmlərinin adını elan edib.


Facemark.az xəbər verir ki, bu haqda “Ria Novosti” sorğunun nəticələrinə istinadən yazıb.


Agentliyin məlumatına görə, respondentlərin 65%-i “Nu, poqodi”ni özlərinin ən sevimli cizgi filmi adlandırıblar.


Bildirilir ki, ikinci yerdə isə cizgi filmi “Kanikuli v Prostokvaşino” qərarlaşıb. Ona respondentlərin 30%-dən çoxu səs verib. Buna görə də, 3-cü lider isə “Maşa və Medved” cizgi filmi qərarlaşıb. Respondentlərin yalnız 16%-i bu cizgi filmini bəyənib.


Agentliyin apardığı daha əvvəlki sorğuda isə rusiyalıların ən sevimli şairinin adı elan edilmişdi. Bu, Aleksandr Puşkin idi.