“Turstat” analitik agentliyinin ekspertləri yay istirahəti üçün MDB-də ən populyar kurortların adını elan edib.
Facemark.az Life.ru-ya istinadən xəbər verir ki, reytinqdə lider isə Qazaxıstandakı Burabay, Qırğızıstanda İssık-Kul gölü, Belarusda yerləşən Naroç, Bakıda Xəzər dənizinin sahilində Abşeronun kurortları (Azərbaycan) və Ermənistanda Sevan gölü daxildir.
Foto: İssık-Kul gölü
Reytinqin tərtib olunması zamanı həmin ərazilərdə infrastrukturun inkişafı və bura daha əvvəl gələn rusiyalıların qiymətləndirməsi əsas rol oynayıb.
Analitiklər deyib ki, yaxın əcnəbi ölkələrə gələn rusiyalılar orta hesabla 3000-dən 7000-ə qədər rubl (79 manat-184 manat-red.) xərcləyirlər.
