Avstraliyanın Milli Universitetinin alimləri “fast-food”un beynin erkən qocalmasına şərait yaratdığını elan ediblər.


Facemark.az xəbər verir ki, bu haqda “MedicalXpress” nəşri yazıb.


Bildirilir ki, mütəxəssislər mövzu üzrə 200 işi təhlil ediblər bu qənaətə gəliblər ki, “fast-food”un insana zərərli təsiri var.


“Biz təhlillər nəticəsində tez qidalanma vərdişlərinin yarada biləcəyi zərərləri sübut edə bildik. Belə ki, nəticələr göstərir ki, uzunmüddətli belə qidalanma diabetin 2-ci tipinin yaranması riskini artırır və beynin funksiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur”, - deyə araşdırmada bildirilir.


Daha əvəl isə “fast-food”un uşaqların sağlamlığına olan zərələri barəsində xəbərlər yayılmışdı.