“Cannes Lions 2019”un birinci günü Rusiyaya qızıl medal gətirib. “Leo Burnett Moscow” “Outdoor” (Çöl reklamı) kateqoriyası üzrə qalib olub.


Facemark.az xəbər verir ki, “Koshogo” — “Leo Burnett Moscow” və Qırğızıstanın xəbər portal “Kloop”un birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.


Onlar “ala kachuu”ya həsr olunan kampaniya yaradıblar – gəlin qaçırılması mərasimi. Statistikaya görə, Qırğızıstanda hər 17 yaşlı qız bu yolla qaçırılır və evlənməyə məcbur edilir.


“Кошого”(Koshogo)-ağ yataq örtüyüdür. Oğrunun ailəsi qızı toy gününə qədər onun arxasında gizlədir.


Bu kampaniya çərçivəsində Qırğızıstanın paytaxtı Bişkek şəhərinin ayrı-ayrı hissələrində ağ yataq örtükləri görünməyə başlayıb. Burada, həmçinin gəlinlərin məcburi qaçırılması, gəlinlərə qarşı təcavüz halları real hadisələr ilə göstərilib.