Amerika, dünyanın ən böyük texnoloji firmalarından “Huawei” daxil bir çox Çin firmasına qadağa qoymuşdu. Qadağa Amerika istehsalı olan texnologiyaların hökumətin icazəsi olmadan satılması ilə bağlı idi.
Facemark.az xəbər verir ki, Amerikanın Ticarət Nazirliyi, qadağanın çərçivəsini daha da genişləndirib və “qara siyahı”ya daha beş Çin firmasını əlavə edib.
Nazirlikdən edilən açıqlamaya görə, “Higon”, “Sugon “və “Chengdu Haiguang” üç mikroçip firmasının “Chengdu Haiguang Mikro Elektrik Texnologiyaları” adlı firmanın və “Wuxi Jiangnan Kompüter Texnologiyaları İnstitut”unun “qara siyahı”ya alındığı bildirilib.
“Sugon” və “Wuxi Jiangnan Kompüter Texnologiyaları İnstitut”u Çinin kompüter inkişafı sahəsində lider mövqeyindədir. “Sugon” firmasının kompüterləri ordu tərəfindən istifadə olunur, “Wuxi İnstitut”u isə Çinin Baş Qərargahına bağlıdır.
“Higon” firması, mikroçiplər, elektronik informasiya sistemləri, proqram, kompüter sisteminin inteqrasiyası üzərində, “Chengdu” firması isə X86-a sahib çip və mikroçiplər istehsal edir.
Qeyd etmək yerinə düşər ki, ötən ay Amerikanın prezidenti Donald Tramp, milli təhlükəsizlik adı ilə, “Huawei” kimi bir çox Çin firmasını Amerika texnologiyalarının alışını qadağa edən sərəncam imzalamışdı.