Amerikanın “Coca-Cola” şirkəti və Çinin yoğurt və süd məhsulları istehsalçısı “China Mengniu Dairy” 2021-ci il 2032-ci ilə qədər ümumilikdə 6 il Yay və Qış Olimpiya oyunlarına rəsmi sponsor olacaq.


Çinin yoğurt istehsalçısı və “Coca-Cola” “Olimpiya Oyun”larına rekord 3 milyard dollar xərcləyəcək.


Facemark.az xəbər verir ki, bu haqda “Financial Times” nəşri yazıb.


“Coca-Cola” —bu Beynəlxalq Olimpiya Komitəsinin ənənəvi partnyorudur. Şirkət alkoqolsuz içkilər bazarının lideridir. Bu dəfə o kateqoriyanı “China Mengniu Dairy” istehsalçısı ilə bölüşəcək.


“China Mengniu Dairy” — bu Çinin ən böyük yoğurt istehsalçıdır. Əsas rəqibi “Yili” ilə bazarın yarısını tutur. İndi isə şirkət daxili bazarda çətinlik çəkir. Ona görə də beynəlxalq bazara çıxmağa hazırlaşır.