Qarğıdalı çipsləri istehsalçısı “Doritos” rəsmi şəkildə Rusiya bazarına daxil olduğunu elan edib.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin press-relizində deyilib.
2014-cü ildən bəri bu markanın çipslərini Moskva və Sankt-Peterburqda bəzi mağazalarda tapmaq mümkün idi. Bu isə brendin Rusiya Federasiyası ərazisində test işə salınması çərçivəsində baş tutmuşdu. Lakin rəsmi işə salma yalnız indi “Lenta” mağazalarında reallaşıb.
“Doritos — Amerika şirkətidir, ədviyyatlı qarğıdalılı cipsləri (tortilla chips) istehsal edir. Məhsullar 1964-cü ildən Frito-Lay kompaniyası tərəfindən buraxılır.
“Frito-Lay” “PepsiCo”nun törəmə şirkətidir. Qeyd etmək yerinə düşər ki, marka cəsarətli reklam kampaniyaları ilə də fərqlənir.
