“Instagram”da Mark Zuckerberq ilə bağlı video sosial mediada böyük səs-küyə səbəb olub.
Facemark.az xəbər verir ki, daha sonra məlum olub ki, adıçəkilən video süni zəka texnologiyaları ilə hazırlanıb.
Videoda Zuckerberq “Facebook” istifadəçilərinin şəxsi məlumatlarını əldə etməklə lovğalanır. Ancaq qısa bir müddət içərisində sosial media platformalarında yayılan bu videoda bir qəribəlik var idi. Belə ki, Zuckerberqin səsi bir az fərqli idi, amma bununla belə bu şübhə videonun sosial media platformalarında viral hala gəlməsinə mane olmayıb.
Həmin videonu təqdim edirik.
Zuckerberq videoda “Milyardlarla insanın məlumatlarını əldə edən, həyatlarını, bütün sirrlərini, gələcək həyatlarını nəzarətdə saxlayan bir adam. Bunu bir saniyə də olsa düşünün”,- deyir.
Videoda bir başqa qəribəlik isə Zuckerberqin “Hamısını Spectreyə borcluyam. Spectre mənə məlumatları nəzarətdə saxlayanın, gələcəyi idarə etdiyini göstərdi” sözləri idi. Bəs “Spectre” nə idi?. Zuckerberq niyə belə bir açıqlama etsin ki?
Daha sonra məlum olub ki, “Spectre” layihənin adıdır. Həmin videonun orijinal isə belə idi.
Layihənin ingilis sənətçi Bill Postersə aid olduğu, ümumi məqsədinin nə olduğu hələ ki, gizli saxlanılır. Amma deyilənə görə, layihə sosial media və texnologiyanın insan həyatına təsirini müzakirə etmək istəyir.