Emin Ağalarov OK! jurnalının yeni sahibi olub.


Facemark.az xəbər verir ki, bu haqda məlumatı RBK nəşrinə biznemenin özü təsdiq edib.


Onun sözlərinə görə, tərəflər arasındakı saziş yaxın zamanlarda yekunlaşdırılacaq.


Hazırda “Rus Media”nın tərkibinə daxil olan OK! jurnalı ticarət nişanı və komandası ilə birlikdə biznesmenə satılıb. Emin Ağalarov vəd verib ki, o jurnalın baş redaktoru Vadim Verniki öz postunda saxlayacaq və redaksiyanın həftəlik siyasətində də dəyişiklik olmayacaq.


“Rus Media”nın top meneceri deyib ki, OK! jurnalının göstəriciləri heç də qaneedici olmayıb. Son 4 ildə demək olar ki, ziyana işləyib. Amma Emin Ağalarov isə açıqlamasında bildirib ki, “Bəli, jurnal çətin dövrlərini keçirir, amma bu heç də kritik maliyyə situasiyası kimi qiymətləndirmək demək deyil”.


Biznesmen sazişin miqdarı haqqında isə məlumat verməyib.