“Head & Shoulders” yeni ekoloji qablaşdırma təqdim edib. “Head & Shoulders”in birinci ekoloji qablaşdırma sı 2018-ci ildə Davosda təşkil edilən “Dünya İqtisadi Forum”unda göstərilib.
Facemark.az xəbər verir ki, 2019-cu ilin iyununda markanın yeni qablaşdırmada olan butulkaları eksklüziv olaraq Rusiyanın “Maqnit” mağazalar şəbəkəsində satılmağa başlayıb.
Bu vaxt layihə BMT-nin ekologiya sahəsində “Momentum for Change” mükafatına nail görülmüşdü. “Head & Shoulders”in boz rəngdə, məhdud buraxılışda olan butulkaları istehlakçıların diqqətini cəlb edib və burada məqsəd müştərilərin diqqətini dünya okeanının plastik tullantılar ilə çirklənməsi probleminə cəlb etmək olub.
Ellen Makartur xeyriyyə fondunun və Dünya İqtisadi Forumun ekspertlərinin qiymətləndirməsinə görə, dünya okeanına hər il 8 milyon ton plastik tullantı daxil olur. Əgər vəziyyət belə davam edəcəksə, o halda 2050-ci ilə qədər dünya okeanındakı tullantıların sayı, balıqlardan daha çox olacaq.
Bundan əlavə, bu ildən etibarən Rusiyada “Head & Shoulders” şampunlarının bütün portfeli təkrar istehsal olunan butulkadan, 25%-i isə ikinci dəfə istehsal olunan xammaldan ibarət olacaq.