“Instagram” sosial şəbəkəsi moderasiya siyasətində dəyişiklik edib.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.


İndi sosial şəbəkə istifadəçilərin hesablarının bloka yaxın olması haqda məlumatlandıracaq. Xəbərdarlıqda qeyd olunacaq ki, istifadəçinin postları, şərhləri və storiesləri hansı səbəbə (sosial şəbəkənin qaydalarının pozulmasına görə də ola bilər) görə silinib.




Həmçinin səbəblər sırasında pornoqrafiya, nifətin alovlandıırlması və təcavüz də ola bilər. İstifadəçi sosial şəbəkənin qərarından şikayət də edə biləcək. Əgər sosial şəbəkə postu səhvən silibsə, istifadəçi şikayətindən sonra platforma onu geri qaytaracaq.


Qeyd edək ki, daha əvvəl sosial şəbəkə, qaydaları pozan postları platformadan uzaqlaşdırırdı. İndi isə platformada müəyyən dövr ərzində qaydaları pozan hesabların bloklanması nəzərdə tutulur.


Xatırlatmaq yerinə düşər ki, “Instagram” iyulun əvvəlində istifadəçinin öz resurslarında başqa istifadəçilərə təcavüz halları ilə mübarizə aparırdı. Xüsusi halda isə, platforma təhqir motivləri özündə ehtiva edən postların yayımlanması işini çətinə saldı. İndi axmaq, eybəcər kimi ifadələrin yayımlanmasını istəyən müəllifdən belə bir sorğu ediləcək “Siz bunu nəşr etməyə əminsiniz mi?”