1.“Six Degrees” ilk sosial şəbəkə saytıdır və 1997-ci ildə yaradılıb. Bu, məşhur kommunikasiya nəzəriyyəsindən sonra adlandırılıb və doğulub. Platforma şəbəkədən qeydiyyatdan keçənlərə öz profillərini yaratmağa və başqalarını öz şəbəkələrinə əlavə etməyə icazə verirdi.


2.“Six Degrees” 2001-ci ildə pik istifadəçiyə-3,5 milyon çatdıqdan sonra bağlanıb.


3. “Frendster” 2002-ci ildə yaradılıb və ilin sonunda artıq 3 milyon istifadəçiyə çatırdı. Bu şəbəkə ilk idi ki, istifadəçilərə profil şərhləri, asan axtarış etməyə, dostlarla əlaqə qurmağa kömək olurdu.


4. “LinkedIn” “Frendster” ilə eyni tarixdə, yəni 2002-ci ildə yaradılıb. “LinkedIn” bu tarixə qədər, biznes yönümlü ilk şəbəkə idi.


5. “Myspace”in tarixi isə 2003-cü ilə təsadüf edir. 2006-ci ilin sonunda “MySpace” Amerika Birləşmiş Ştatlarında ən çox ziyarət olunan sayt idi. Hətta şəbəkə həmin dövrdə “Google Search” və “Yahoo! Mail”-də keçirdi. Bu, şəbəkə isə bu tarixə qədər istifadəçilərə fərdiləşdirməni təklif edən ilk platforma idi. (Rəng, şəkillər, top dostlar siyahısı, sevdikləri musiqilər və s.)


6. “MySpace”nin yaranmasından bir il sonra isə “Facebook” platforması ortaya çıxdı. Bu isə istifadəçiyə fərdiləşdirilmiş kontent divarı yaratmağa və sosial şəbəkədə şərhlərin cari strukturunu dəyişdirilməsinə kömək olurdu. Platformanın orijinalı “Harvard”ın yataq otağında hazırlanıb və xüsusilə bu platformadan “Harvard”da və Ivy Liqası Məktəblərində əlçatan idi.


7. “YouTube” 2005-də yaradılıb. Video paylaşım platforması olan “YouTube” geniş auditoriyaya internet vasitəsilə çatır. Bu, platforma xüsusilə Z nəslinin xoşuna gəlir.


8. “YouTube” ilə eyni vaxtda, yəni 2005-ci ildə daha bir platforma da yaradılıb. “Reddit”. Platforma normal qəzet oxunur kimi oxunulan şəbəkədir. “Reddit” insanların baxdıqları və gördükləri ən yaxşı şeylərin siyahısını da hazırlayır. İstifadəçi platformada olan kontentə yuxarı və aşağı olmaqla səs verə bilir.


9. “Twitter” mikrobloq konseptində hazırlanan şəbəkədir. 2006-cı ildə yaradılıb. Şəbəkə istifadəçilərə limitli tvitlər göndərilməsinə icazə verir. Əvvəl bu limit 144 ilə məhdudlaşdırılmışdısa, hazırda bu limit 280-ə yüksəlib. Şəbəkənin istifadəçiləri platformada anlıq düşüncələrini paylaşırlar.


10. 2006-cı ildə “YouTube” “Google” tərəfindən 1,65 milyard dollara alınır. Həmin vaxt analitiklər düşünürdü ki, bu rəqəm kifayət qədər böyükdü. (Amma 2014-cü ildə Facebook Whatsappı 19 milyarda alması ilə yadda qalacaqdı)


11. 2007-ci ildə Facebookun Reklam Platforması yaradılır. Bu, sosial media reklamları sahəsində yaradılan ilk platforma idi.


12. 2007-ci ildə Twitter-də retvit və həştəq yarandı. Bu isə istifadəçilərə maraqlı paylaşımları, müzakirələri daha effektiv yolla tapılmasına kömək olurdu.


13. 2009-cu ildə “Facebook” Layk düyməsini yaradır. Bu isə sosial platformada yeni istifadəçi davranışının yaranmasına kömək olur. Yenilik sosial alqoritmin yaranmasına kömək oldu.


14. 2010-cu ildə İOS əməliyyat sistemini dəstəkləyən “Instagram” yaradılır. İlin sonunda bu platformada olan istifadəçilərin sayı 1 milyonu keçir.


15. 2010-cu ildə yaradılan daha bir platforma isə “Pinterest” olur. “Time” jurnalı “Pinterest”i “2011-ci ilin ən yaxşı 50 veb saytları” siyahısına əlavə etmişdi.


16. “The Social Network” filmi sosial media haqqında çəkilən ilk film idi. Amerikada filmin debüt həftəsində o No. 1 olmuşdu və 22,4 milyon dollar yığmışdı. Film “Facebook” sosial platformasının yaradıcısı Mark Zuckerberq haqqındadır. Film 2010-cu ildə yayımlanıb.


17. 2011-ci ildə “Snapchat”ın əsası qoyulur. Platforma 1 və 10 saniyə içində video və şəkil göndərə biləcəyiniz mobil tətbiqdir.


18. 2012-ci ildə “Facebook” 1 milyard aktiv istifadəçiyə çatır və elə həmin il “Instagram”ı 1 milyard dollara əldə edir.


19. 2012-ci ildə “Twitter” 140 milyon istifadəçini keçir.


20. 2012-ci ildə “Snapchat Stories” təqdim edilir. Bu Twitter-in kəşfinə qədər ki, ən böyük innovasiya hesab olunur. İstifadəçilər gündə 60 milyon snap atırlar.


21. 2015-ci ildə “Instagram” “Snap Stories”ə qarşılıq olaraq hekayələr bölümünü yaradır.


22. 2015-ci ildə “Snapchat” 100 milyon aktiv istifadəçiyə çatır.


23. 2015-ci ildə bu yeniliklərdən sonra, “Frendster” bağlanır.


24. 2016-cı ildə “Instagram” elan edir ki, o 500 milyon aktiv istifadəçiyə çatıb.


25. 2016-cı ildə Çində “TikTok”u yaradırlar.


26. 2017-ci ildə “Snapchat Inc.” Nyu-York birjasınd aəməliyyatlara başlayır.


27. 2018-ci ildə “Cambridge” qalmaqalı yaranır. Bu isə istifadəçilərin məlumatlarının 3-cü tərəf şirkətlərə ötürülməsi ilə bağlı idi və “Facebook” şirkətinin ətrafında yaranmışdı.


28. 2019-cu ildə “TikTok” 1 milyard yüklənmə əldə edir. Bu isə onu 2018/2019-cu illər ərzində ən çox yüklənən mobil tətbiq statusuna çatdırır.


İnformasiyalar Proqram Təminatı Şirkəti PostBeyond Inc-ə məxsusdur.