Kianu Rivz metroda yer verir, xeyriyyəçiliklə məşğul olur, çəkiliş meydançasında olan həmkarlarına pul və motosikl həddiyə edir, gəlir baxımından pis vəziyyətdə olan insanlara kömək edir. O, məşhurlar arasında özünün xeyirxah və təvazökarlığına görə seçilir. Kianuyu 35 il sevdiyimizdən daha çox sevə bilmərik, amma görünən odur ki, o “Holivud”un ən populyar aktyorlarından biridir.
Facemark.az Adme.ru-ya istinadən xəbər verir ki, ondan sitat gətirirlər, ona heyran olurlar, onu internetdə qəhrəman edirlər, onun xeyrinə imzalar yığırlar. Bu isə ona görədir ki, pərəstişkarları onu 2019-cu ili qəhrəmanı elan etmək istəyir.
Adme.ru ona bu qədər pərəstişin bəzi səbəblərini bir araya yığıb.
Kianu düşünür ki, hamımız mükəmməlik!
İyun ayında Kianu gözlənilmədən “Cyberpunk 2077” kompüter oyunlarının təqdimatında çıxış edib. Kianunun çıxışı ərəfəsində zaldakı tamaşaçılardan biri qışqırır! “Sən mükəmməlsən”. Bir anda isə Rivz ona qarşılıq verir və deyir ki, “Mükəmməl olan sənsən! Sizin hamınız mükəmməlsiniz”. Adıçəkilən video internetdə virus şəkildə yayılmağa başlayır. İstifadəçilər videonu paylaşaraq ona olan sevgilərini bir daha elan edirlər.
Kianu hər şey edir
240 000-dən çox izləyicisi olan “Kianu doing things” səhifəsi üzərindən ona aid hərəkətlər paylaşılır. Məsələn, Kianu oyuncaq ayı ilə necə oynayır, cizgi film səsləndirir, hərəkət halında kitab oxuyur, papaq taxır, motosiklet istifadə edir və s. Bir gün o “Bill və Ted -3” filminin çəkilişlərinə gedirdi və yolda “Sən-mükəmməlsən” lövhəciyini görür. O, avtomobildən düşür və lövhəciyin yerləşdiyi evin sahibəsi Steysi ilə tanış olur. O, həmin lövhənin üzərində “Steysi! Mükəmməl olan sənsən!” yazır və ora özünün imzasını qoyur.
Kianu başqalarının şəxsi sahəsinə hörmət edir
Daha əvvəl istifadəçilər aktyorun öz pərəstişkarları ilə olanda özünü necə aparmasını müşahidə ediblər. Əgər o qızlar ilə foto çəkdirirsə, o həmişə əllərini yuxarıda saxlayır. Onların bədənlərinə toxunmur. Bir çoxları aktyorun bu hərəkətini nəzakətli qarşılayıb, axı şəxsi məkanın qorumağın çətin olduğunu hamı bilir. Xüsusən də belə bir məşhur biri üçün. O, hətta ən zəhlətökən pərəstişkar ilə nəzakətli olur və yad insanların şəxsi sahələrini pozmamağa çalışır.
Kianuda ulduz xəstəliyi yoxdur
Ulduzun statustu ona imkan verir ki, aktyor cəmiyyətdə özünü necə istəyir aparsın. Axı çoxsaylı pərəstişkarlar ordusu onu eqoistliyinə görə bağışlayardı. Amma o özünü adi insan kimi aparır. 2014-cü ildə Kianu “Exposed” filminin çəkilişlərinin başa çatması ilə bağlı hazırlanan tədbirdə iştirak edir. O həmin filmdə əsas rollardan birini ifa edirdi. Şənlik Çelsidə Leonora klubunda keçirildi. Mühafizəçi onu tanımadı o isə özünü tanıtmağı lazım bilmədi və yağışın olmasına baxmayaraq digər qonaqlar ilə birlikdə öz növbəsini gözlədi. Rivz sosial şəbəkələrdə post paylaşmır. O, bu haqda deyir ki, şaddır ki, onun paylaşmağa heç bir tviti yoxdur. Aktyor, hətta internetdə olan populyarlığından xəbərsizdir. Jurnalist ondan soruşur. Siz bu haqda bilirsiniz? O isə utanır və bunu axmaqlıq adlandırır və sonra əlavə edir ki, pozitivlik-bu yaxşıdır”.
O, sadə bir həyat sürür və sadə əşyaları qiymətləndirir
Aktorunun sərvətinin həcmi 360 milyon dollardır. Amma o sadə həyat tərzi keçirir. O, iddiasız, köhnəlmiş geyimlərə üstünlük verir. O, öz köhnə ayaqqabılarını sevir. Hər gün motoskl ilə dağlara, okeana gedir. Günəşin batışını izləyir. O, bu haqda deyir ki, külək, təbiətin iyi, avtomobil ilə səyahət ona indiki zamanda itməyə icazə verir. Onun üçün xoşbəxtlik doğmaları və yaxınları ilə birlikdə olmaqdır. Aktyor, hətta 50 illik yubileyini sadə və təvazökar şəkildə qeyd edib. Bacısı Kim ilə birlikdə.



