2018-ci ilin ikinci rübünün nəticələrinə görə, “Mail.ru Group”un reklam gəliri illik hesablamada 22,5% artıb və 8,4 milyard rubla çatıb.


Facemark.az xəbər verir ki, bu haqda IFRS təşkilatının (Beynəlxalq Maliyyə Hesabatları Standartları) məlumatında deyilib.


Ötən ilin anoloji dövründə reklam holdinqə 7,3 milyard rubl gətirmişdi. Bu isə 2017-ci ilin aprel-iyun ayları ilə müqayisədə 37% artım demək idi. Şirkətin ümumi gəliri isə 2019-cu ilin ikinci rübündə 20 milyard rubla çatıb. Bu isə ötən illə müqayisədə 22,9% artım deməkdir. Hesabata Delivery Club və Esforce göstəriciləri əlavə edilməyib. EBITDA üzrə aprel-iyun ayları ərzində gəlir 7,2 milyard rubla çatıb, illik artım isə 21,6%-dir.


“Vkontakte”, “Odnoklassniki”, “Mail.ru” poçt xidməti və BOOM musiqi tətbiqinin daxil olduğu kommunikasiya və sosial şəbəkə seqmenti şirkətə ötən ilin anoloji dövrü ilə müqayisədə 12,9% daha çox gəlir gətirib və 11,7 milyard rubla yüksəlib.


“Mail.ru Group”dan isə proqnoz edirlər ki, bu il şirkətin ümumi gəlirləri 22-24% artaraq 86-88 milyard rubla çatacaq.