Pepsi Stilində Rəqs Et həştəqi ilə TikTok-da yayımlanan 75 000 videoda ümumilikdə 100 milyondan çox baxış əldə edilib.
Facemark.az xəbər verir ki, bu haqda “Maqnit” şəbəkəsinin mətbuat xidmətinin məlumatında deyilib. Riteyler və brend birgə əməkdaşlıq nəticəsində ilk dəfə Rusiyada rəqs çellencini işə salıb.
Çellencin isə mahiyyəti belə idi: Videonu çəkən şəxs əlində “Pepsi” ilə birlikdə “Maqnit” mağazalar şəbəkəsindən birinə daxil olaraq rəqs etməli idi.
İki həftə ərzində çellencdə 39 000 nəfər unikal istifadəçi iştirak edib. Bu isə Tik Tok üzrə Rusiya seqmentində, əlbəttə ki, rekord göstərici hesab olunur.
Aksiyanın rəsmi siması kimi isə populyar blogger Nastya İvleeva seçilib. TNT-də rəsq et proqramının xoreoqrafı isə İveevaya rəqs etməyə kömək olub.
Digər videolara keçid üçün link
https://www.tiktok.com/@akimyt/video/6713903240016039173?langCountry=ru