İyunun 29-da başa çatan üçüncü rübdə, “Apple”in mənfəəti 10,04 milyard amerika dolları təşkil edib.


Facemark.az xəbər verir ki, “Apple” şirkətindən deyiblər ki, 2018-ci ilin anoloji dövründə şirkətin bu göstərici 11,5 milyard dollardan çox olub.


Bununla yanaşı, şirkətin gəliri bir il öncəki 53,2 milyard dollar ilə müqayisədə 53,8 milyard dollara yüksəlib.


Cari ilin ikinci rübündə isə kompaniyanın gəliri 58 milyard dollardan çox, mənfəəti isə 11,5 milyard ollardan çox olmuşdu.


Qeyd edilir ki, hesabat dövrünün 3 ayı ərzində şirkət öz qurğularının satışından 42,3 milyard dollar qazanıb. Ancaq nəzərə almaq lazımdır ki, 2018-ci ilin anoloji dövründə texnikanın satışından şirkət 43,09 milyard dollar qazanmışdı.


Bildirək ki, şirkətin pullu xidməti öz səmərəsini verib. Belə ki, bu il istifadəçilər “Apple”in pullu xidmətlərinə 11,4 milyard dollar xərcləyib. Ötən ilin hesabat dövrünün üçüncü rübündə bu göstərici daha az 10,1 milyard dollar olmuşdu.