İndi elə bir dövrdə yaşayırıq ki, insanlar özlərinin xarici görünüşü ilə çox məşğuldurlar və simalarını dijital alətlərin köməyi ilə tanınmaz hala salırlar.


Facemark.az xəbər verir ki, Amsterdamlı influencer Rianne Meijer “Instagram”ın axışında hipnoza girən istifadəçilərə, özünün əyləncəli fotolarını göstərir və onlara mühitin saxta üzünü bir daha xatırladır.


O, 410 000-lik izləyicisinə səslənən stil və gözəllik ikonudur. Platformanın istifadəçiyə təqdim etdiyi funksiyaları isə çox yaxşı qavrayıb. Belə ki, o model qədər gözəl pozalar verə bilir. O, foto tənzimləmə proqramları ilə ən yüksək nəticənin necə əldə ediləcəyini çox yaxşı bilir.


Meijerin profilində ilk baxışda qüsursuz selfiler, günəşin batışını əks etdirən fotoları, mükəmməl süfrələr, gözqamaşdıran bikinili fotolar var. Əlbəttə, bu da adi istifadəçidə qısqanclıq hissini yaradır. Ancaq ikinci fotoya baxdığınız zaman influencerin adi fotolarını görürsünüz. Bu isə istifadəçidə o çox gözəldir, mən isə çirkinəm ifadəsini pozur və onların üzlərinə təbəssüm bəxş edir.


26 yaşındaki Rianne Meijer, INSIDER-a açıqlamasında məsələ ilə bağlı deyib ki, “İnsanlara Instagramda, xüsusilə də influencerlərin paylaşdığı fotoların əslində həqiqi olmadığını göstərmək istəyirdim. Bu layihə ilə səsimin eşidən insanların olduğunu düşünürəm. Bu müsbət mesaj ətrafında çoxalan bir cəmiyyət yaratmağa davam etmək istəyirəm”, - deyib.


Rianne Meijer-ı “Instagram” ilə, yanaşı “YouTube” kanalı üzərindən də izləyə bilərsiniz.


Fotolara buradan baxa bilərsiniz.