Timati özünün “YouTube” kanalından “Moskva” klipini silib. Klip rusdilli auditoriyası olan platformada rekord sayda dislayk alıb.


Facemark.az-ın məlumatına görə, RBK nəşri yazır ki, video çarx sentyabrın 7-də “Şəhərlər Günün”də yayımlanıb.


Həmçinin çəkilişlərə Rusiyanın digər hip-hop ifaçısı Quf da qatılıb. Bir neçə gün içində klip 1,4 milyon dislayk alıb. Videonu layk edənlərin sayı isə 85 000 olub. Klipə 5,2 milyondan çox adam baxıb. Çarxda ifaçılar küçələrdə etiraz və mitinqləri tənqid edir, həmçinin Moskva meri Sergey Sobyaninanın işini müsbət qiymətləndirirlər.


Videonu platformadan silən Timati özünün “Instagram” hesabı üzərindən bunları yazıb: “ Mən anlayıram ki, rezonans fikirlər, neqativ prizma vasitəsilə tez qəbul edilir. İstənilən populyar olmayan qərar kimi. Burada isə daha çox çıxıb. Videonu platformadan uzaqlaşdırmağımızın səbəbi neqativ dalğasını davam etdirməyi dayandırmaq olub. Kimisə incitmək məqsədimiz olmayıb”.


Onun həmkarı olan Quf isə özünün pərəstişkarlarından üzr istəyib: “*** Mən şəhər meri seçkiləri olduğunu bilmirdim”- deyə o video mesajında deyib.