“Apple” sentyabrın 10-da yeni yeddinci nəsil “iPad”ini elan edib. 10,2 inç Retina ekranlı iPad, təxminən 3,5 milyon piksel və geniş baxış bucağı, qabaqcıl kamera və sensorların köməyi ilə “başgicəlləndirici” artırılmış reallıq (AR) təcrübəsi yaşadır.
Facemark.az xəbər verir ki, güclü A10 Fusion çip və multitasking funksiyaları ilə birlikdə gələn yeni yeddinci nəsil iPad, ən çox satan Windows PC-yə görə, iki qat sürətli performans təqdim edir.
Yeni iPad təxminən 450 qram ağırlıqdadır. İlk dəfədir ki, iPad bütün “Apple” məhsullarında istifadə olunan alüminiumla eyni davamlılıqdadır. Göz oxşayan xarici görünüşü ilə, cihazın korpusu 100% təkrar emal edilmiş alüminiumdan hazırlanıb.
iPadOS ilə tamamilə fərqli iPad təcrübəsi
iPadOS, daha güclü iPad təcrübəsi üçün dizayn edilib və yeni, istifadəsi rahat funksiyaları da özü ilə bazara gətirir. Yenidən dizayn edilən Ana Ekran, hər səhifədə daha çox tətbiq göstərir. Həmçinin xəbər başlıqları, hava haqqında məlumat və təqvim kimi məlumatları tək baxışda görmək üçün məhsulun alətlərinə sürətli əlçatanlıq yaradan “Bugünə Baxış”da əlavə edilir. Həm Split View-da edilən yenilənmə ilə, eyni tətbiqdə birdən çox sənəd və faylla çalışmaq, həm də Slide Over-dən istifadə edərək, fərqli platformalar arasında keçid etmək indi daha asandır.
Apple Pencil, iPad təcrübəsinə daha çox inteqrasiya olur. İstifadəçilər artıq, Apple Pencil-ı ekranın alt küncündən hərəkət etdirərək veb səhifələri və ya faylları bütünlüklə işarə edə bilir və göndərə bilir. Yeni dizayna sahib alət paleti isə funksional alətlərə, rənglərə və şəkillərə daha asan əlçatanlıq imkanı verir. Artıq xarici USB sürücüləri və fayl serverlərinə dəstək hesabına iPadOS-dakı “Fayllar tətbiqində” faylları daha sürətli bir şəkildə yönləndirmək mümkün olur.
Məhsul, Safari, Squarespace və Google Docs kimi popular veb tətbiqləri də dəstəkləyir. Yeni iPad sentyabrın 10-dan etibarən 329 dollardan başlayan qiymətlərlə sifariş edilə biləcək. Sentyabrın 30-da, Bazar ertəsi günü isə mağazalarda yerini alacaq.

