“Apple” sentyabrın 10-da dünyanın həyəcanla gözlədiyi yeni iPhone modellərini təqdim edib. Ənənəvi “Apple” təqdimatı çərçivəsində yeni iPad, beşinci nəsil “Apple Watch” kimi yeni məhsullar bazara çıxarılıb. Flaqmanın sonunda göstərilən üç yeni iPhone modeli isə hər zamanki kimi gecənin maraqla qarşılanan yeniliyi olub.


“Apple” yeni iPhone modellərinə isə iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max adlarını verib. iPhone XR-in davamı kimi qəbul edəcəyiniz iPhone 11 6.1 inç ekrana, 12 meqapiksel arxa kameraya, yenə 12 Megapikselə yüksəltilən və 4K 60 FPS dəstəyi əlavə edilən ön kameraya sahibdir.


Face ID sürətində yenilənmə edən iPhone 11-ə Dolby Atmos əlavə edilib və cihazın suya dayanıqlığı da inkişaf etdirilib. Cihazın batareya ömrü isə iPhone XR-a görə 1 saat daha çox olacağı deyilən iPhone 11, 699 dollardan başlayan qiymtələrlə satışa çıxarılacaq.


iPhone 11 Pro və iPhone 11 Pro Max-ın funksiyaları


iPhone X modeli ilə oxşar dizayna sahib olan iPhone 11 Pro ailəsi 5,8 inç və 6.5 inç olmaqla iki fərqli model təqdim edir. OLED ekran paneli və Super Retina HDR ekran texnologiyalarından istifadə edən iPhone 11 Pro modelləri qara, kosmik boz, boz və qızılı olmaqla 4 fərqli rəng çeşidi təqdim edir .


iPhone 11 Pro, yeni Ultra Geniş, Geniş və Telefoto kameralara sahibdir. Konvertasiya edilə bilən üçlü kamera sistemi təklif edir.




iPhone 11 Pro və iPhone 11 Pro Max-ın üçlü kamera sistemindəki hər kamera, genişləndirilmiş dinamik aralıq və sinematik video stabilizasyonu ilə çox keyfiyyətli 4K videolar ərsəyə gətirir. Bərabər Zoom funksiyası səsi video ilə eyniləşdirərək dinamik səs əldə edilməsini təmin edir. iOS 13 ilə hər kəs çevirmə, qırpma, pozu artırma və videolara anında filtrləmək imkanını verən güclü video tənzimləmə vasitələrinə əlçatanlıq yaradır.




İlk baxışda görüb tətbiq etməyi asan olan bu tənzimləmələr, qeyri-peşəkar istifadəçiləri belə professional keyfiyyətdə video layihələr hazırlamasına kömək olur. Ultra Geniş kamera, dörd qat geniş kadr seçimi ilə kamera təcrübəsini bünövrədən dəyişdirir.

100% Focus Pixels funksiyasına sahib olan, yeni, geniş sensor, inkişaf etdirilən proqram, Gecə Modu ilə birlikdə açıq və qapalı sahələrdə işığın zəif olduğu yerlərdə edilən foto çəkilişlərində böyük irəliləyiş yaradır. Təbii rənglərə sahib, daha az pozulan, daha parlaq görüntülər əldə edilir.


Prodizayn və ekran


Tutqun, mat şüşə arxa səthi və parlaq paslanmayan polad zolaqlara sahib olan iPhone 11 Pro və iPhone 11 Pro Max, aralarında yeni gecə yaşılının da yer aldığı dörd rəngdə gəlib. IP68 dərəcəsinə sahib olan yeni modellər 30 dəqiqə boyunca, 4 metr dərinliyə qədər suya davamlılıq göstərir. Qəhvə, soda kimi, hər gün tökülə biləcək mayelərə qarşı da qorunur.


Özəl dizayna sahib OLED ekranı olan yeni Super Retina XDR, 1200 nit dəyərinə qədər parlaqlıqla istifadəçilərə filmlər və digər aşağı keyfiyyətdə videolara HDR effekti verir.



A13 Bionic çip ilə daha sürətli performans, daha yaxşı batareya ömrü


iPhone 11 Pro, bir gün içinde iPhone XS-dən dörd saat, iPhone 11 Pro Max isə iPhone Xs Max-dən beş saat daha çox batareya ömrü təklif edir.


iPhone 11 Pro və iPhone 11 Pro Max aralarında yeni gecə yaşılının da olduğu dörd rəngdə gəlir. Yeni modellər üçün öncədən sifariş sentyabrın 13-ü, cümə günündən etibarən başlayacaq. iPhone 11 Pro 999 dollardan və iPhone 11 Pro Max isə 1099 dollardan başlayan qiymətlər ilə sentyabrın 20-i cümə günündən etibarən mağazalarda satışda olacaq.


iPhone 11 Pro texniki funksiyaları


Ekran: 5,8 inç OLED ekran, 1125 x 2436 piksel – 458 ppi


Prosessor: Apple A13 Bionic


RAM: 6 GB RAM


Hafizə: 64 / 256 / 512 GB


Ana Kamera: Üçlü 12 Megapiksel kamera, Ultra Geniş: f/2.4 diyafraqma ve 120°baxış bucağı, Geniş: f/1.8 diyafraqma, Telefoto: f/2.0 diyafraqma, 2 qat optic yaxınlaşdırma, Gece Modu


Ön Kamera: 12 Megapiksel Yeni TrueDepth kamera, f/2.2 diyafraqma


Batareya: 3190 mAh, 18W sürətli şarj (qutuya daxil), Qi naqilsiz şarj


Əməliyyat Sistemi: iOS 13


Bağlantı: Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 5, NFC,A-GPS, GLONASS, GALILEO, QZSS


Boy və Ağırlıq: 143.9 x 71.4 x 7.8 mm, 188 gram


iPhone 11 Pro Max tekniki funksiyaları


Ekran: 6,5 inç, 2688 x 1242 piksel, 458 ppi piksel


RAM: 6 GB RAM


Hafizə: 128 GB, 256 GB, 512 GB


Arxa kamera: 12 MP, f/1.9 + 12 MP, f/2.0 + 12 MP, f/2.4, 120 dərəcə geniş baxış bucağı üç sensor


Ön kamera: 12 MP ve FaceID için TrueDepth sensorları


Batareya: 3.500 mAh – iPhone XS Max-dən 5 saat daha çox istifadə müddəti(18-watt sürətli şarj adaptrı qutudan çıxır)


Bağlantı: Lightning şarj və məlumat paylaşımı, Wi-Fi 6, naqilsiz şarj, Bluetooth 5.0, 4G LTE