Onlayn tanışlıq xidməti “Tinder” avqustun sonunda şəxsi serialını ərsəyə gətirib.
Facemark.az-ın məlumatına görə, “Reuters” nəşri yazır ki, bu “Tinder”in orijinal kontent yaradılması istiqamətində birinci addımı olub.
Serialın çəkilişləri Meksikada baş tutub. Agentliyin əməkdaşı deyib ki, serialın süjet xətti-apokalipsis üslubunda hazırlanıb və epizodlarda münasibətlərin tarixi aşkar olunur. Ancaq serial birbaşa “Tinder”in fəaliyyətini hekayə etmir.
“Reuters” nəşrinə mənbə deyib ki, serial xidmətin strategiyasının böyük hissəsini təşkil edir və o daha sonra elan ediləcək.
Agentlik qeyd edir ki, “Tinder”in şəxsi serialının çəkilişləri sürpriz olmamalıdır. Bir halda ki, çəkilişlər “Match Group” şirkətinin sahibi, kinoprodüser və sahibkar Barri Dillerə məxsusdur.
Qeyd etmək yerinə düşər ki, 2018-ci ildə “Tinder” “Swipe Life” adlı sayt buraxmışdı. Platformanın istifadəçiləri burada tanışlıq və münasibətlər haqqında orijinal məqalə və çarxlar paylaşa bilirdilər.