Oyuncaq istehsalçısı “Mattel” gender xüsusiyyətləri cəlbedici şəkildə ifadə olunmayan “Barbie” gəlinciklərinin satışına başlayıb.
Facemark.az-ın məlumatına görə, Adindex.ru nəşri yazır ki, şirkətdən isə deyiblər ki, belə addımın atılmasına səbəb uşaqlara yaradıcılıq üçün azadlığın verilməsindən irəli gəlir. “Yaradıla bilən dünya” seriyasına daxil olan oyuncaqlara, dərilərinin rəngi müxtəlif olan altı oyuncaq daxil edilib.
Onların hər bir dəstində iki ədəd parik: oğlanlar üçün nəzərdə tutulan saç stilində, qızlar üçün nəzərdə tutulan saç stilində, həmçinin geyimlər, ətək və şalvarlar təklif edilir. Bununla da uşaqlar gəlinciklərinin hansı cinsiyyətdə olmasını özləri seçəcəklər.
“Mattel”dən isə BBC nəşrinə deyiblər ki, “Oyuncaqlar bizim mədəniyyətimizi əks etdirir, artıq bütün dünya inklüzivliyin əhəmiyyətini başa düşür. Bununla da biz qərar gəldik ki, gender xüsusiyyətləri cəlbedici şəkildə iifadə olunmayan gəlinciklər xəttini istehsal edək”.
Qeyd etmək yerinə düşər ki, kompaniya daha əvvəllər bədənin müxtəlifliyini müdafiə edən oyuncaqlar istehsal edirdi. Məsələn, o protezləri olan gəlincik yaradıb. Onların sırasına kök bədən ölçüsünə malik “Barbie”ləri də misal göstərmək olar.
Videoya keçid üçün linkə klik edə bilərsiniz.