Onlayn alış-veriş saytı eBay-də rəhbər və CEO-luqdan məsul Devin Wenig vəzifəsindən ayrıldığı ilə bağlı qərarını açıqlayıb.
Facemark.az-ın məlumatına görə, şirkətdəki fəaliyyətinə 8 il öncə başlayan Wenig, rəhbərlik ilə yanaşı, 2015-ci ildən bu yana CEO vəzifəsini də icra edirdi.
Wenigin boş qalan “kreslo”suna isə eBay-in Aparıcı Vitse-prezidenti və CFO-su Scott Schenkel müvəqqəti əyləşəcək.
Şirkət CEO vəzifəsinin icrası üçün daxildən və xaricdən axtarışlarını isə davam etdirəcək.
