“Diesel” və “Coca-Cola” təkrar istifadə olunan məhsullardan hazırlanan The (Re) Collection üçün güclərini birləşdirib.
Facemark.az xəbər verir ki, plastik şüşələrin və pambığın təkrar istehsalı ilə hazırlanan kolleksiyada “Diesel”in rahat geyim estetikliyinin modern tərzi ilə, Coca-Coca-nın ikonikliyi bir arada yer alıb. Kolleksiyaya əlçatanlığın yolu isə təkrar istehsal olunan qutulardan keçir.
Sentyabrın 27-i tarixindən etibarən, dünyanın hər-hansı nöqtəsində istənilən təkrar istehsal işarəsinin olduğu qutuları ağıllı telefonları ilə oxutduranlar, kolleksiyanın çıxış tarixinin olduğu 7 oktyabrdan öncə Diesel.com daxilindəki özəl bir saytdan alış-veriş edə bilərlər.
Kolleksiyadakı məhsulları ilk alanlardan olmaq istəyənlərin Dieselbin.store adresini ziyarət etməsi gözlənilir.
Əməkdaşlığın flaqmanı isə sentyabrın 28 olub. Kolleksiya ilə bağlı özəl tədbirlər Parisdən sonra, London, Milan, Tokio, Şanxay, Pekin, Amsterdam və Nyu-York kimi şəhərlərdə də davam edəcək.
- Reklamverən: Diesel & Coca-Cola
- Reklam Agentliyi: Publicis İtalya