20 ildir ki, mebelin satışı üzrə ən böyük şəbəkə IKEA, “Google”, “Amazon” kimi böyük oyunçular ilə bərabər səviyyədə bazarda yer tutmaq üçün böyük həcmdə investisiyalar edir.
Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, şirkət aktiv şəkildə “ağıllı” malların çeşidini genişləndirir. Məsələn, bu yay şirkət “Sonos” kompaniyası ilə birgə “ağıllı” səsucualdıcılar, lampa və jalüzün daxil olduğu məhsulu buraxdı və ona “Sonos”un tətbiqi ilə nəzarət etmək mümkün idi.
Inter Ikea-nın icraçı direktoru Torbiorn Luf “Financial Times”a bildirib ki, şirkət artıq "ağıllı" kolonkalar, jalüz və lampaların olduğu ağıllı məhsulların artan siyahısını genişləndirmək üçün hava təmizləyiciləri kimi məhsulları nəzərdən keçirir:
“Biz hesab edirik ki, bu bizim üçün çox maraqlı sahədir. Onu hazırlamaq və əlçatan etmək istəyirik. Mən düşünürəm ki, IKEA “ağıllı ev” üçün nəzərdə tutulan texnologiyalar üzrə aparıcı rol oynaya bilər”, - deyə Luf deyib.
IKEA Home Smart-ın rəhbəri Byurn Blok deyib ki, kompaniya “ağıllı məhsullar”ın sayını nəzərəçarpan dərəcədə artırmağı planlaşdırır. Yeni məhsullar yaratmaqla IKEA su qıtlığı və havanın çirkənlənməsi kimi qlobal problemlərin həll edilməsinə çalışır.
O, həmçinin vurğulayıb ki, onlar digər texnologiya şirkətlərinə təkcə rəqib kimi deyil, gələcək əməkdaşları kimi baxırlar. Onun fikrincə, texnologiya şirkətləri yeni məhsullar yaratmaqla qloba problemləri birlikdə həll edə bilərlər: “Bu, təkcə IKEA olmamalıdır. Biz qarışıq yanaşmanı sevirik. Fikrimcə, “ağıllı ev” yaratma sahəsində niş olanlar da daxil olmaqla, bir çox oyunçuya ehtiyac var”.
