2019-cu il noyabrın 15-də Moskva Kino Evində 66-cı “Canness Lions” festivalının qalib çarxları nümayiş ediləcək.
Facemark.az xəbər verir ki, Rusiyanın paxtaxtında baş tutacaq tədbirdə tamaşaçılara dünya yaradıcılarının ən yaxşı işləri göstəriləcək. Festivalın xüsusi qonağı isə “Cannes Lions”un icraçı direktoru Saymond Kuk olacaq.
“Rambler/Kassa” xidməti biletlərin satışı üzrə eksklüziv meydançayla çıxış edəcək.
Qeyd etmək yerinə düşər ki, festivalın Moskva təqdimatı artıq uzun illərdir ki, Rusiyanın reklam sənayesi üçün səbrsizliklə gözlənilən hadisələrdən biri olub. Festival çərçivəsində yeni marketinq texnologiyaları və gələcəyin trendləri haqqında da təqdimatlar olur.
66-cı Beynəlxalq “Cannes Lions” festivalı isə bu il iyunun 17-dən 21-dək Kann şəhərində təşkil edilib. Festivala 90 ölkədən 10 000 nümayəndə iştirak edib. Festival çərçivəsində 30 000-dən çox vacib işlər nümayiş edilib. Cari ildə keçirilən festival elə Rusiya üçün də uğurlu olub. Kanndan Rusiyaya 6 mükafat aparılıb.
Festival dünya reklam sahəsinin inkişaf vektorunu müəyyən edən, reklam və marketinq sahəsində ən nüfuzlu illik mükafatı təqdim edir.