Birinci “The Matrix” (Matrisa) filmi Rusiyada yenidən satışa çıxarılır.
Facemark.az Life.ru-ya istinadən xəbər verir ki, “Mauris film” kino şirkətindən deyiblər ki, elmi-fantastik film “Matrisa”nın birinci hissəsi Rusiyanın 105 şəhərində nümayiş ediləcək.
Film iki versiyada təqdim ediləcək: İngilis dilində orijinal, ancaq subtitrlə və 1999-cu ilin dublyajı ilə. “Matrisa” Rusiyanın ən böyük kinoteatr şəbəkələrində 4K formatında göstəriləcək.
Qeyd etmək yerinə düşər ki, 20 il əvvəl “Matrisa”nın birinci hissəsi dünya üzrə satışlardan rekord, 460 milyon dollar əldə etmişdi. Eyni zamanda film 4 “Oskar” alıb.