Avtokonsern “Volkswagen” Türkiyədə yeni zavodun tikintisini təxirə salıb.
Facemark.az Rg.ru-ya istinadən xəbər verir ki, avtomobillərin buraxılması üzrə böyük müəssisə İzmir şəhərinin yaxınlığında yerləşməli idi.
Danışıqlar bir neçə ay idi ki, davam edirdi, amma Alman şirkəti müqavilə bağlamaq üçün tələsmir.
Güman edilir ki, buna səbəb rəsmi Ankaranın Suriyanın şimalında hərbi əməliyyatlara başlamasıdır. Türkiyə orada Kürd birləşmələrinə qarşı mübarizə aparır, bu isə Avropa və ABŞ-ın xoşuna gəlmir. Elə buna görədir ki, sonuncular Türkiyənin Müdafiə, Energetika nazirlikləri və idarələrin başçıları barəsində sanksiyalar qəbul ediblər.
Bundan başqa, Vaşinqton Ankara üçün poladın tarifini 50% artırır. “Biz baş verən bu situasiyanı ayıqlıqla izləyirik”, - deyə “Volkswagen”in nümayəndəsi deyib.