Rusiyanın Rospotrebnadzor Dövlət Xidməti ölkədə plastik paketlərin istehsalının mərhələli qadağası ilə bağlı qanun layihəsi hazırlayır.
Facemark.az-ın məlumatına görə, bu haqda Lenta.ru nəşri yazıb.
İdarədən deyiblər ki, belə qablaşdırmanın istehsalını azaltmaq mərhələli olacaq. Təklif olunur ki, qanun layihəsinin sonuncu mərhələsi kimi plastik paketlərdən istifadənin qadağan olunması gəlir. Amma Dövlət Xidməti mağazaların dəqiq hansı tarixdə belə qablaşdırma növündən tamamilə imtina etməsi ilə bağlı deməyib. İstehsal tullantıları haqqında qanuna müvafiq dəyişikliklər artıq hazırdır, yaxın vaxtlarda aidiyyəti şöbələrə təsdiq üçün göndəriləcəkdir. Təbii Sərvətlər Nazirliyi artıq belə bir təşəbbüsü dəstəklədiklərini açıqladı.
Ölkənin Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasından (AKOPT) deyiblər ki, birinci növbədə plastik paketləri nə əvəzləyəcək bu suala cavab tapmaq lazımdır. Daha sonra isə onun qadağası haqqında düşünmək olar. Əks təqdirdə alıcılar kassalar qarşısında narahatlıq yaşayacaqlar. Belə qablaşdırma növünü kağız torbalarla, toxuculuq çantaları, ya da bio çantalar ilə əvəzləmək olar.
“Təmiz ölkə” assosiasiyası isə təklif edir ki, yaxşı olar ki, plastik paketlərdən istifadəyə görə, yüksək qiymətlər qoyaq. Belə olduqda Rusiyalılar daha az ondan istifadə edəcəklər. Bir neçə il əvvəl mağazlar onu pulsuz verirdi, daha sonra böyük supermarket şəbəkələri onları pulla satmağa başladı. Nəticədə, plastik paketlərə tələb 2 dəfə azaldı.
İyunda isə Ekologiya və Təbii Sərvətlər naziri Dmitriy Kobılkin açıqlamasında demişdi ki, nəzərə tutulur ki, belə plastik məhsulların istehlakını ildə 10-20% azaldılsın. Onun sözlərinə görə, bu müzakirə mövzusudur. Nazirlikdən isə demişdilər ki, bu prosesi elə reallaşdırmaq lazımdır ki, insanlar kəskin şəkildə işlərini itirməsinlər.