“Interbrand” 20 ildir ki, “Ən Yaxşı Qlobal Markalar” siyahısını açıqlayır. Şirkət 2019-un nəticələrini də elan edib.


Facemark.az xəbər verir ki, 2013-cü ildən bu yana siyahıda birinci yerdə qərarlaşan “Apple” bu il də öz mövqeyini dəyişməyib. 2018-ci ildə siyahının 9-cu pilləsində yer alan “Facebook” isə 12% dəyər itkisi ilə 14-cü sıraya geriləyib. Adıçəkilən şirkət uzun illərdən sonra TOP 10-luqdan kənarda qalıb.


TOP 10-luğun yeni üzvü “Disney” olub.


Siyahıda “Google” ikinci, “Amazon” üçüncü, “Microsoft” dördüncü, “Coca-Cola” beşinci, “Samsung” altıncı, “Toyota” yeddinci, “Mercedes-Benz” səkkizinci, “McDonald’s” isə bir pillə yüksələrək doqquzuncu sırada qərarlaşıb. TOP 10-luğu isə keçən il 14-cü sırada qərarlaşan “Disney” tutub.


İlk 100-də dəyişiklik azdır


100 “Ən Yaxşı Qlobal Markalar” siyahısına bu il ancaq üç yeni marka düşüb. “Dell Technologies” siyahıya 63-cü, Uber 82-ci, LinkedIn isə 98 sırada giriş edib.


Ən çox böyüyən 10 marka


Siyahıda ən çox böyüyən ilk 10 marka isə belə olub.


Mastercard (25%), Salesforce (24%), Amazon (24%), Starbucks (23%), Gucci (23%), Adobe (20%), Visa (19%), Caterpillar (19%), Nintendo (18%) ve Microsoft (17%) olub.

Brendlərin ümumi dəyəri 2 trilyon dolları aşdı

2001-ci ildə siyahıda yer alan markaların ümumi dəyəri 988 milyard dollar olub. Bu il isə siyahıdakı 100 markanın ümumi dəyərinin 2 trilyon 200 milyard dollar olduğu bildirilib.