FMCG mallarının istehsalçısı-Procter & Gamble yeni maliyyə hesabatını təqdim edib.


Facemark.az xəbər verir ki, korporasiyanın maliyyə hesabatında deyilir ki, iyuldan sentyabradək gəlirlərdə ötən ilin anoloji dövrü ilə müqayisədə 12%-lik artım müşahidə edilib və 3,6 milyard dollara çatıb.


Şirkətin xalis satışları pul ifadəsi ilə 7% artım göstərib, 16,7% milyard dollardan 17,8 milyard dollara qədər artım olub.


Reuters nəşri isə yazır ki, 17,4 milyard dollarlıq satış həcmi, rüblük nəticələr ilə bağlı proqnoz edən Uoll-Strit analitiklərinin gözləntilərini ötüb. Müsbət göstəricilər isə, şəxsi gigiyenik məhsullara tələbatın yüksəlməsi və Yaponiyada satışların gözəçarpan dərəcədə artması ilə bağlı olub.


Xalis satışlar üzrə ən yüksək artım dinamikası göstərən seqmentlər isə sağlamlıq (20%), byüti- məhsullar (8%) məhsulları və ev təmizlik vasitələri (6%) olub. Həmin seqmentlərdə orqanik satışlar üzrə ən yüksək artım müşahidə olunurdu. Müvafiq olaraq isə 9%, 10% və 8%.


P&G 2020-ci il üzrə maliyyə ilində satışlar ilə bağlı artım proqnozunu yüksəldib. Əgər, şirkət əvvəl 3-4%-lik satışlar üzrə artım dinamikası gözləyirdisə, yeni hesabatda bu rəqəm 3-5%-ə yüksəlib.


Bildirək ki, şirkətin ümumi gəlirləri 3 ayda 9 milyard dollara çatıb. Bu isə ötən, birinci rüb ilə bağlı maliyyə hesabatı ilə müqayisədə 11% çoxdur.


FMCG -istehsalçısı aprel ayında 2019-cu ilin birinci rübü ilə bağlı maliyyə hesabatını təqdim edib. Həmin hesabatda isə deyilirdi ki, korporasiya xərclərində 165 milyon dollar azalma edib. Bura agentliklərə çəkilən xərclər də aid idi. Şirkət bu xərcləri isə yenidən şirkətin marketinqinə investisiya edib.


P&G — gündəlik tələb olunan malların istehsalçısıdır. Bura Gillette, Braun, Oral B, Head & Shoulders, Tide kimi brendlər daxildir. Şirkət AdIndex nəşri tərəfindən hazırlanan Rusiyanın, 2018-ci ilin ən böyük reklamverənləri reytinqində 8-ci yeri tuturdu.


Beş əsas media kanalı- TV, intenet, çöl reklamı, radio, ənənəvi mətbuatda reklamın alınmasına şirkətin çəkdiyi xərc 4,4 milyard dollar olub ki, bu isə ötən il ilə müqayisədə 5% az rəqəm idi.