Ötən il yaşanan məzənnə dalğası və iqtisadi böhrandan dolayı “Forbes”in milyarderlər siyahısına daxil olan Türk milyarderlərin sərvəti 64,7 milyard dollardan 43,1 milyard dollara enib. Siyahıda yer alan milyarder sayı 36-dan 25-ə düşüb.
Facemark.az xəbər verir ki, inşaat sektorundakı daralma, keçən il siyahıda 546-cı yerdə qərarlaşan Rönesans Holding-in rəhbəri Erman Ilıcak-ın sərvəti son bir ildə 4 milyard dollardan 3,8 milyard dollara geriləyib.
Yıldız Holdingin İdarə Heyətinin Rəhbəri Murat Ülkerin sərvətində də 1,1 milyard dollarlıq ərimə gözə çarpır. Ülker-in ötən ilki siyahıda 4,8 milyard dollarlıq sərvəti hazırda 3,7 milyard dollara enib. Milyarderlər siyahısında ötən il üçüncü sırada yer alan Fiba Holdingin prezidenti Hüsnü Özyeğin sərvəti 2,9 milyard dollardan 2,1 milyard dollara enib.
Bəziləri siyahıdan çıxıb
2,1 milyard dollarlıq sərvəti ilə ötən il siyahıda dördüncü sırada qərarlaşan Osman Kibar isə bu il siyahıda yoxdur.
ABŞ-da fəaliyyət göstərən, biotexnologiya şirkəti Samumed-in qurucusu və CEO-su Kibarın yerini bu il Koç Holdingin İdarə Heyətinin üzvi Semahat Arsel alıb. Ancaq Arselin sərvəti TL-dəki dəyər itkisindən 2,6 milyard dollardan 2 milyard dollara enib.
Doğuş Holding-in İdarə Heyətinin Sədri və CEO-su Ferit Şahenk -in sərvəti 2,4 milyard dollardan 2 milyard dollara enməsinə rəğmən, siyahıdakı yerini qorumağı bacarıb.
Sadəcə 6 nəfərin sərvəti artdı
Türk milyarderlər siyahısında yer alan 25 milyarder arasında sərvətini artıran isə sadəcə 6 nəfər olub. Türk milyarder siyahısında 5-ci sırada yer alan Çalık Holding-in İdarə Heyətinin Sədri Ahmet Çalık, 7 ayda sərvətini 1,6 milyard dollardan 1,9 milyard dollara yüksəldib və sərvətini ən çox artıran milyarder olub. Ağıllı ev sistemləri şirkəti Comodonun qurucusu Melih Abdulhayoğlu da sərvətini 200 milyon dollar artırmağı bacaran Türk milyarderlər arasındadır. Siyahıda 13-cü olan Ciner Qrupunun Rəhbəri Turgay Ciner sərvətini 100 milyon dollar daha artıraraq 1,5 milyard dollardan 1,6 milyard dollara çıxarıb. 18-ci sırada yer alan MV Holding-in prezidenti Murat Vargı 1,2 milyard dollardan 1,3 milyard dollara, 19-cu sırada yer alan LC Waikiki CEO-su 1,1 milyard dollardan 1,2 milyard dollara, 22-ci sıradakı MNG Şirkətlər Qrupunun İdarə Heyətinin rəhbəri Mehmet Nazif Günal da sərvətini 1 milyard dollardan 1,1 milyard dollara yüksəltməyi bacarıb.