McDonald’s, uşaqlara özəl menyu Happy Meal-ı 1979-cu ildə bazara çıxarıb. Şirkət yeni reklam filmində də məhz uşaqların dünyasına fokuslanır.


Facemark.az xəbər verir ki, reklam filmi TBWA\Paris imzası daşıyır.


Nənəsinin saxladığı Happy Meal-ı alan balaca, qutunu özünə vacib olan nəsnələrlə doldurur: Uğurları, anasının qoxusu, hətta xəyal gücünü bir az daha genişləndirərək ailəsinin qəhqəhələrini də ora əlavə edir. O, Happy Meal qutusuna doldurduğu uşaqlığını nənəsi ilə bölüşməyə çalışır. Eyni zamanda nəsildən nəsilə keçən, gələcəyə çevrilən Happy Meal-in tarixi də gözlərimizin qabağından ötüb keçir.


Reklamverən: McDonald's


Reklam Agentliyi: TBWA\Paris