2024 Yay Olimpiya Oyunlarının emblemdəki qızıl medal idman dəyərlərindən birini-mükəmməlliyə cəhdi təcəssüm etdirir. Olimpiyada və Paraolimpiyadadakı məşəl insanları birləşdirən ənənənin enerjisini birləşdirir.
Facemark.az Advertology.ru-ya istinadən xəbər verir ki, 1972-ci ildə inqilabi ruha güc verən, fransızların hörmət etdiyi qadın Marianna fransız xalqının bayrağını əlində daşıyır. Beləliklə, loqotipdə Fransanı və idmanı özündə birləşdirən obrazlar yer alır. Qızıl medal, Olimpiyada və Paraolimpiyada atəşi, Fransa Respublikasının simvolu-Marianna.
Cen Delakrua-nın çəkdiyi Marianna rəsmi
“Emblemdə qızıl medal, Olimpiyada atəşi və Marianna kombinasiyasında dəyərlər, tarix, fransız stili birləşir. Bütün bunlar isə Olimpiya Oyunlarını həqiqətən də xüsusi edəcək”, - deyə Olimpiya Oyunları Komitəsinin üzvi Pier Olivie Bekkers-Büdjant deyib.
Xatırlatmaq yerinə düşər ki, Yay Olimpiya Oyunları 2024-cü ildə iyulun 26-dan avqustun 11-ə dək davam edəcək. Paraolimpiyada isə avqustun 28-dən sentyabrın 8-dək Sen-Sen-Deni də baş tutacaq.
Oyunların başlanğıcında bu rayonda və Eyfel Qülləsinin yaxınlığındakı ərazini yaxşılaşdırmağı planlaşdırırlar. Həm də idmançılar üçün Olimpiya İdman Mərkəzi açılacaq.

