2020-ci ilin sonuna Rusiyada əmtəə dövriyyəsinin strukturunda autletin payı demək olar ki, 2 dəfə böyüyə bilər. 0,34%-dən 0,61%-dək. Nəticədə göstəricilər Avropa səviyyəsinə yaxınlaşacaq.
Facemark.az xəbər verir ki, bu haqda Kommersant nəşri JLL-in araşdırmasına istinadən yazıb.
Məsələn, 2020-ci ilin sonunda Böyük Britaniyada onun payı 0,82%-ə çatacaq. Əhalini belə satış nöqtələri ilə təmin etmək də getdikcə Avropa səviyyəsinə çatır. JLL-in proqnozuna görə, 2020-ci ilin sonuna 1000 sakin üçün 4,2 kv.m-dən 7,8 kv.metrədək artacaq. Müqayisə üçün deyək Böyük Britaniyada 1000 sakin üçün 9,6 kv.metr düşür.
Cushman & Wakefield-in tədqiqatlar departamentinin analitiki Evgeniya Safonova deyir ki, belə formata marağın artması tələb strukturunda dəyişiklik ilə bağlıdır. Belə ki, insanlar gəlirlərinin azalması fonunda daha münasib təklifləri dəyərləndirirlər.
Bu Nielsen-in araşdırmasında da özünü göstərirdi. Belə ki, 2019-cu ili ikinci rübündə Rusiyalıların 59%-i geyim alışlarında qənaət edib. Halbuki bir il öncə isə bu rəqəm cəmi 54% idi.
Ekspertlər isə hesab edirlər ki, autletlərin inkişafı xarici brendlərin nümayəndlərinin siyasətlərinə uyğun gəlmir. Belə ki, onlar hələ də Rusiyalı vətəndaşlar üçün münasib qiymət təklif etmək niyyətində deyillər.
Qeyd edək ki, diskont mağazalar haqqında daha əvvəl facemark.az video paylaşmışdı. Ona baxmaq üçün aşağıdakı videoya keçid edə bilərsiniz.