AliExpress Rusiya ilk dəfə Dünya Şoppinq Günü ilə bağlı statistikanı paylaşıb. Statistikada iştirakçı sayı, xərclədikləri pulun miqdarı, ən çox tələbat olan məhsulun növünün adı açıqlanıb.


Facemark.az xəbər verir ki, ümumilikdə Rusiyalılar 17,2 rubl dəyərində 30 milyondan çox məhsul əldə ediblər. İki gün davam edən özəl gündə təxminən 5 milyon insan iştirak edib.


Dünya Şoppinq Günündə yerli istehsalçıların mallarının alışı ötən illə müqayisədə 17 dəfə artıb. Ən çox tələb olunan mallar isə geyim məhsulları, ev üçün əşyalar, elektronika və uşaq məhsulları olub.


Ən populyar məhsul isə iPhone XR olub. Satışlar baxımından ikinci isə elektrik süpürgəsi iRobot, üçüncü isə 50 Skyworth televizoru olub. Müştərilərin yerli istehsalçıların ən çox uşaq məhsullarını, geyim, tekstil və aksessuarların daxil olduğu-ev üçün məhsulları alıblar.


Qeyd etmək yerinə düşər ki, AliExpress Rusiya özündə AliExpress və Rusiya marketpleysi Tmall-u birləşdirir. Şirkətdən isə deyiblər ki, bu gün ərzində platforma üzərindən 500 milyon rubldan çox alış ediblər.